6 C
Baku
Sunday, December 15, 2024

Aİ Şurası Rusiyanın yeni ərazilərdə verilən pasportların tanınmaması ilə bağlı danışıqlara başlayıb

Aİ Şurası Ukraynanın keçmiş regionlarının, habelə ölkənin tərkibinə daxil olmuş Abxaziya və Cənubi Osetiyanın sakinlərinə verilən Rusiya pasportlarının tanınmaması ilə bağlı Avropa Parlamenti ilə danışıqlara başlayıb.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində, Gürcüstanın separatçı ərazilərində və ya orada yaşayan şəxslərə verilən Rusiya səyahət sənədləri viza almaq və ya Şengen zonasının sərhədlərini keçmək üçün etibarlı sənəd kimi qəbul edilməyəcək”, – mesajda deyilir.

Şura onu da qeyd edib ki, bu qərar ümumi yanaşmanın yaradılmasına, xarici sərhədin və ümumi viza siyasətinin düzgün işləməsinə, həmçinin Aİ-yə üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin və Donetsk və Luqansk Xalq Respublikalarının, habelə Xerson və Zaporojye vilayətlərinin rəhbərləri regionların Rusiyaya birləşdirilməsi haqqında saziş imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər