AI təhlükəsizliyi Tramp və Uoll-Striti qarşı-qarşıya qoya bilər- Bloomberg

ABŞ-nin aparıcı süni intellekt şirkətləri “Anthropic” və “OpenAI” ən qabaqcıl AI modellərinin hazırlanmasında daha ehtiyatlı tempə keçməyə çağırır. Lakin bu mövqe texnologiya sektoru, investorlar və Donald Tramp administrasiyasının müqaviməti ilə üzləşə bilər.

Banker.az “Bloomberg”ə istinadən  yazır ki, ABŞ AI şirkəti “Anthropic”in baş direktoru Dario Amodei yeni modellər üçün müstəqil təhlükəsizlik yoxlamalarının gücləndirilməsini və ən güclü süni intellekt sistemləri üzərində dövlət nəzarətinin tətbiqini təklif edir.

ABŞ texnologiya şirkəti “OpenAI”ın baş direktoru Sem Altman da AI inkişafında “ehtiyatlı temp” yanaşmasını dəstəkləyib. O bildirib ki, söhbət süni intellektin inkişafının dayandırılmasından deyil, daha güclü modellərin yaradılması zamanı risklərin nəzərə alınmasından gedir.

Bu yanaşma Uoll-Strit investorlarının və ABŞ administrasiyasının süni intellekt sektorunda sürətli inkişaf gözləntiləri ilə ziddiyyət yarada bilər.

ABŞ Prezidenti Donald Tramp isə ölkənin süni intellekt sahəsində Çin üzərində üstünlüyünü qorumasının vacibliyini bildirib. Çin şirkətləri ilə artan rəqabət fonunda ABŞ texnologiya şirkətlərinin AI modellərinin hazırlanmasını əhəmiyyətli dərəcədə yavaşlatması daha az ehtimal olunur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər