6 C
Baku
Sunday, December 15, 2024

Aİ Ukrayna mallarına idxal rüsumlarının ləğvini bir il uzadıb

Avropa İttifaqı Ukraynadan gətirilən mallar üçün idxal rüsumlarının ləğvini uzadıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, qərar bir il müddətinə – 2024-cü il iyunun 5-dək uzadılıb. Bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilir.

Avropa Komissiyası qeyd edib ki, fırıldaqçılıq hallarının qarşısını almaq üçün Ukrayna güzəştlər əldə etmək üçün bütün şərtlərə əməl etməlidir, o cümlədən yeni rüsum və ya rüsumlar tətbiq etməməlidir.

Həmçinin, Aİ güzəştli sazişlərin hamısını və ya bir hissəsini dayandıra bilər.

Avropa İttifaqı ötən ilin mayında Ukrayna mallarının idxalına rüsumları ləğv edib. Xüsusilə, sənaye mallarından, tərəvəz və meyvələrdən söhbət gedir.

Son xəbərlər
Digər xəbərlər