15 C
Baku
Saturday, May 18, 2024

Aİ Ukraynaya əlavə €500 mln. hərbi yardım ayıracaq

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynaya hərbi yardım üçün əlavə 500 milyon avro ayırmağa razılaşıblar. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrel deyib. O, silahların Avropa Sülh Fondu vasitəsilə alınacağını əlavə edib. Beləliklə, Aİ-nin Ukraynaya ayıracağı yardımın ümumi həcmi 2 milyard avro təşkil edəcək.

“Biz silahların tədarükü məsələsində Avropa Sülh Fondundan Ukraynaya əlavə 500 milyon avro ayırmağa razılaşdıq. 500 milyon avrodan başlayan şey artıq 2 milyard avroya yaxınlaşır”, – deyə Borrel vurğulayıb.

Daha əvvəl Avropa Şurasının prezidenti Çarlz Mişel bildirmişdi ki, Avropa İttifaqı Ukraynaya ümumilikdə 1.5 milyard avro (1.63 milyard dollar) hərbi yardım ayırıb. Ukrayna Prezidenti Volodimir Zelenski aprel ayında Ursula von der Leyenə Rusiyanın hərbi əməliyyatları səbəbindən Ukraynanın aylıq 7 milyard dollar yardıma ehtiyacı olduğunu deyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər