1 C
Baku
Saturday, December 14, 2024

Aİ Ukraynaya 50 mlrd. avroluq maliyyə yardımı paketi hazırlayır

Avropa Komissiyası Ukraynaya 50 milyard avroluq yardım paketi təklif edəcək. Pul qrant, güzəştli kredit və ya zəmanət şəklində ayrıla bilər. Vəsaitlər qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün islahatlar aparıldıqdan sonra ayrılacaq.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Yardımın çərşənbə axşamı, iyunun 20-də Londonda keçiriləcək donorlar konfransından əvvəl elan ediləcəyi gözlənilir. Paket hələ də dəyişdirilə bilər. “Bloomberg”in məlumatına görə, AK silahlı münaqişə vəziyyətində olan bir ölkə üçün “ağır bərpa alətindən” qaçmaq istəyir.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropa İttifaqı Kiyevə 38 milyard avroya yaxın iqtisadi yardım ayırıb. Dünya Bankı hesab edir ki, Ukraynanın yenidən qurulması üçün 411 milyard dollara ehtiyac ola bilər.

Mayın sonunda Beynəlxalq Valyuta Fondu Ukrayna üçün genişləndirilmiş maliyyələşdirmə proqramı çərçivəsində 15.6 milyard dollar həcmində ikinci tranşı təsdiqləyib. Kredit valyuta məhdudiyyətlərinin yumşaldılması, çevik məzənnə rejiminə qayıtmaq və inflyasiyanın hədəflənməsi, o cümlədən maliyyə sektorunun stabil fəaliyyətini təmin etməlidir.

Son xəbərlər
Digər xəbərlər