9 C
Baku
Friday, December 13, 2024

“Aİ və İran dialoqu davam etdirməyə razıdırlar” – Borrell

“Tehran və Avropa İttifaqı dialoqu davam etdirmək barədə razılığa gəliblər”.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell İordaniyada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşündən sonra  deyib.

“Biz razılaşdıq ki, açıq ünsiyyət saxlamalı və  Vyana danışıqları əsasında JCPOA-nı bərpa etməliyik ”, – Borrell tvitter hesabında yazıb.

Borrell görüşün “İran və Aİ arasında münasibətlərin pisləşməsi fonunda” baş tutduğunu vurğulayıb. Eyni zamanda Borrell Tehranı “ Rusiyaya hərbi dəstəyi və İranda daxili repressiyaları” dayandırmağa çağırıb.

Dekabrın 12-də Avropa İttifaqı İrana qarşı sanksiyalar siyahısını genişləndirərək , ona 20 fiziki və bir hüquqi şəxs əlavə edib.

İran həmçinin 9 təşkilat və 23 şəxsə, Böyük Britaniya və Aİ-yə sanksiya tətbiq edib . Sanksiyalar Aİ ölkələri və Böyük Britaniyanın hərəkətlərinə cavab olaraq tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər