1 C
Baku
Saturday, December 14, 2024

Aİ vətəndaşları bərpa olunan enerjiyə sərmayəni dəstəkləyir

Aİ vətəndaşlarının 87%-i bərpa olunan enerjiyə sərmayəni dəstəkləyir.

Bu, “Yay 2022 – Standart Avrobarometr” sorğusunun nəticələrində öz əksini tapıb.

Respondentlərin 86%-i bildirib ki, Aİ Rusiya enerji mənbələrindən asılılığını azaltmalıdır. Eyni zamanda, əksəriyyət (86%) Aİ ölkələrində qaz anbarlarının sürətlə doldurulmasının vacibliyini qeyd edib. Bundan əlavə, 85% enerji səmərəliliyinin artırılmasının Aİ-ni onun hüdudlarından kənarda enerji istehsalçılarından daha az asılı vəziyyətə salacağına inanır, 83% isə daha yaxşı qiymətə əldə etmək üçün Aİ-yə üzv dövlətlərinin başqa ölkələrdən birgə enerji almasının tərəfdarıdır.

Respondentlərin 78%-i enerji istehlakını azaltmaq üçün tədbirlər gördüklərini və ya yaxın gələcəkdə bunu etməyi planlaşdırdıqlarını bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər