Avropa İttifaqı Rusiyanın “VKontakte” sosial şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Aİ-nin rəsmi hüquqi portalında dərc olunmuş sənəddə bildirilir.
Sənəddə qeyd olunur ki, “VKontakte” “Max” mesencerinin tərtibatçısı olan “Kommunikasiya Platforması MMC”nin ana şirkətidir. Bu şirkət də Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib.
“Avropa İttifaqının sanksiyaları VK və Max-ın fəaliyyətinə təsir göstərmir. Tətbiqlər və xidmətlər istifadəçilər üçün əvvəlki qaydada əlçatandır”, – deyə VK-nın mətbuat xidməti bildirib.







