6 C
Baku
Sunday, December 15, 2024

Aİ Zaporojye AES təhlükəsi ilə bağlı Ukraynaya kalium yodid həbləri verməyi planlaşdırır

Avropa İttifaqı Ukraynaya 5 milyon kalium yodid həbi verməyi planlaşdırır.

Bu barədə CNN məlumat yayıb.

Bu həblərin verilməsində məqsəd Zaporojye AES-də qəza olacağı təqdirdə insanların radioaktiv şüalanmadan müdafiəsidir. Aİ həbləri Ukrayna hökumətinin tələbi əsasında təchiz edəcək.

Kalium yodid radioaktiv şüalanmadan ilkin qorunma vasitəsi hesab edilir. Bu həbin qəbulu havadakı radioaktiv yodun qalxanabənzər vəzi tərəfindən udulmasının qarşısını alır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər