18 C
Baku
Thursday, April 18, 2024

AİB: “Azərbaycan regionda vaksinasiya üzrə liderdir”

Hazırda Mərkəzi Asiya regionunda COVID-19-a qarşı vaksinasiyadan keçən əhalinin payına görə Azərbaycan liderdir.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında deyilir.

AİB-in dekabrın 2-nə olan məlumatlar əsasında apardığı müqayisələrə görə, Azərbaycanda vaksinasiyadan keçən əhalinin payı 50%-i ötüb və bu göstəriciyə görə ölkə Mərkəzi Asiya regionunda liderdir. İkinci pillədə Qazaxıstan, üçdə Gürcüstan, dördüncü yerdə isə Tacikistan qərarlaşıb. Regionda ən zəif vaksinasiya göstəricilərinə isə Ermənistan və Qırğızıstan malikdir.

Qeyd edək ki, “koronavirus.info”nun sonuncu məlumatına görə, Azərbaycan əhalisinin 54%-i vaksinasiyadan keçib.

Ümumilikdə, inkişafda olan Asiya regionunda vaksinasiya üzrə ən yüksək göstəricilər Sinqapur, Palau və Cənubi Koreyadır.

Xatırladaq ki, AİB Mərkəzi Asiya regionuna Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan və Ermənistanı aid edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər