-1 C
Baku
Sunday, December 15, 2024

AİB Azərbaycanda bu şirkətə kredit ayıracaq

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda üçüncü ən böyük qida və içki istehsalçısı və distribyutoru olan “Avrora” MMC-yə 5,9 milyon dollar məbləğində üç illik kredit verməyə hazırdır.

Kredit “Avrora” MMC-nin buğda unu, makaron məmulatları, peçenye və süd məhsulları kimi əsas qida məhsullarının istehsalı və tədarükü üçün lazım olan dövriyyə kapitalının maliyyələşdirilməsinə xərclənəcək.

Şirkət bu vəsaitdən həmçinin COVID-19 pandemiyasının təsirini aradan qaldırmaq üçün lazım olan əlavə əməliyyat xərcləri (OPEX) üçün də istifadə edə bilər.

“Bu kredit COVID-19 böhranı dövründə vacib olan əsas qida məhsullarının daxili bazar üçün istehsalını və tədarükünü təmin edəcək. İstehsal davam etdikcə, “Avrora” hazırki böyük çətinlik və qeyri-müəyyənlik dövründə öz işçi qüvvəsini və bütün tədarük zənciri boyunca işçi qüvvəsini qoruyub saxlaya biləcək. Bu, son nəticədə əhali üçün faydalı olacaq, çünki bazarda əsas ərzaq məhsullarının tədarükü təmin ediləcək”, – bankın açıqlamasında bildirilir.

Son xəbərlər
Digər xəbərlər