-3 C
Baku
Sunday, December 15, 2024

AİF audit şirkətinin seçilməsi ilə bağlı satınalmanın müddətini uzadıb

“Azərbaycan İpoteka Fondu” ASC-nin 2017-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi ilə bağlı xidmət təkliflərinin cəlb olunması üzrə satınalmanın müddətinin uzadılmasını elan edir.

ASC-dən APA-ya verilən məlumata görə, satınalma üzrə ilkin sənədlər 05 sentyabr 2017-ci il saat 18:00-dək, təklif zərfləri isə 14 sentyabr 2017-ci il saat 18:00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Satınalma üzrə zərflər 15 sentyabr 2017-ci il saat 15:00-da Cəmiyyətin inzibati binasında açılacaq.

Təklifin qüvvədə olma müddəti 14 noyabr 2017-ci il, təklifin təminatının qüvvədə olma müddəti 29 dekabr 2017-ci il tarixinədək olması müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər