8 C
Baku
Thursday, December 12, 2024

AİF “Qarant Sığorta” şirkəti ilə əməkdaşlığı dayandırır

“Qarant Sığorta” şirkəti Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil sığorta şirkətləri siyahısından çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

Məlumata görə, vətəndaşlar ipoteka kreditləşməsi zamanı 20 sığorta şirkəti ilə əməliyyatlar həyata keçirə bilərlər. Bunlar “Ata Sığorta”, “Bakı Sığorta”, “PAŞA Sığorta”, “Qala Həyat Sığorta”, “Atəşgah”, “Azərsığorta”, “Atəşgah Həyat Sığorta”, “PAŞA Həyat Sığorta”, “Standard Insurance”, “Xalq Sığorta”, “Buta Sığorta”, “AzSığorta”, “Alfa Sığorta”, IIC, “AXA Mbask”, “A-Qroup”, “Rəvan Sığorta”, “Meqa Sığorta”, “İpək Yolu Sığorta” və “Başak İnam” şirkətləridir.

Xəbər verildiyi kimi, “Qarant Sığorta” şirkəti ləğv olunduğunu elan edib.

“Qarant Sığorta” ASC “Garant Holding” qrupuna daxildir. Şirkət 2007-ci il noyabrın 29-da fəaliyyət üçün lisenziya alıb. Nizamnamə kapitalı 5 mln. manata bərabərdir.

2015-ci ilin yanvar-oktyabr ayları ərzində şirkətin sığorta haqları 3 mln. 993,577 min manat, ödənişləri 1 mln. 704,781 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər