Asiya İnfrastruktur İnvestisiyalar Bankı (AİİB) Sankt-Peterburqda təmizləyici qurğuların modernləşdirilməsi layihəsinin maliyyələşdirilməsinə 20 milyon ABŞ dolları məbləğində sərmayə qoya bilər.
“RİA Novosti”yə istinadən, bank müvafiq layihəni gələn il gözdən keçirməyi planlaşdırır. Bu barədə Rusiya Maliyyə Nazirliyinin Beynəlxalq Maliyyə Münasibətləri Departamentinin direktoru Andrey Bokarev jurnalistlərə müsahibəsində bildirib.
Asiya İnfrastruktur İnvestisiyalar Bankı (Asian Infrastructure Investment Bank, AIIB) Asiya-Sakit Okean regionunda infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə 2015-ci ildə yaradılıb. Azərbaycan Bu bankın təsisçilərindən biri Azərbaycandır. Bank Transanadolu qaz boru kəməri (TANAP) layihəsinin həyata keçirilməsi üçün 600 milyon ABŞ dolları kredit ayırıb. Bankın nizamnamə kapitalı isə 100 milyard ABŞ dolları təşkil edir.