27 C
Baku
Saturday, July 27, 2024

Ailə psixoloqunun şok edici təcrübəsi

12-18 yaşlı uşaqlara könüllü olaraq özləri ilə səkkiz saat vaxt keçirməyi təklif edirlər. Rabitə vasitələrindən ( mobil telefonlar, internet), kompüterdən, radio və televizordan istifadə etməyə icazə verilmirdi. Yalnız bir sıra klassik məşğuliyyətlər ilə məşğul olmağa icazə var idi. Məsələn, kitab oxumaq, musiqi alətlərində ifa etmək, rəsm çəkmək, tikiş tikmək, gəzintiyə çıxmaq və s. 

Təcrübənin müəllifi, müasir uşaqların həddindən artıq əyləndiklərini, özlərini və daxili aləmlərini kəşf etmək iqtidarında olmadıqları barəsində fərziyyəni sınaqdan keçirtmək istəyirdi. Sınağın qaydalarına əsasən, uşaqlar təcrübənin keçirildiyi gündən bir gün sonra psixoloqla təəsüratlarını bölüşməli idilər. Onlara təcrübə zamanı öz vəziyyətlərini, hərəkətlərini, fikirlərini gündəliyə yazmaqları məsləhət görülmüşdü. Əgər uşaqlar həddindən artıq narahatlıq halları, diskomfort və gərginlik keçirsələr, onlara təcrübəni dayandırmaq və bunun vaxtını və səbəblərini yazmağa icazə verilmişdir.

İlk baxışda təcrübə təhlükəsiz görünür. Lakin psixoloq belə düşünməklə yanılmışdı. Sınağın bu cür şok edici nəticələrini heç kəs gözləmirdi. 68 iştirakçıdan təcrübəni sonuna qədər yalnız üç nəfər başa vura bilir. Bunlar iki oğlan və bir qız idi. İştirakçılardan üçü intihar haqqından düşünmüşdülər. Beş nəfər kəsin “panik atak” keçirmişlər. 27 nəfərdə birbaşa vegetativ simptomlar- ürək bulanma, tərləmə, başgicəllənmə,qızdırma, qarın nahəsində ağrılar və s. – müşahidə olunmuşdur. Demək olar ki, hər bir iştirakçı qorxu və narahatlıq hissi keçirmişdir.

Təcrübəni sonuna qədər başa vurmuş qız səkkiz saatda nələr hiss etdiyini gündəliyə yazır və onu psixoloqa təqdim edir. Psixoloqu dəhşət bürümüşdü. Etik səbəblərdən həmən yazıları o, dərc etmir.

Təcrübə zamanı yeniyetmələr nə edirdilər:

  • yemək bişirirdilər və yaxud yeyirdilər;
  • kitab oxuyurdular və yaxud oxumağa cəhd göstərirdilər;
  • hər hansı məktəb tapşırıqlarını yerinə yetirirdilər ( təcrübə tətil zamnı keçirilirdi, lakin çarəsizlikdən bir çox uşaq dərsliklərə müraciət etmişlərdi) ;
  • pəncərədən baxırdılar;
  • küçəyə çıxıb mağazaya və yaxud kafeyə gediblər ( sınağın şərtlərinə əsasən, kiminləsə ünsiyyət qurmaq qadağan edilmişdi, lakin uşaqlar bu qadağanın satıcılara və kassirlərə aidiyyatı olmadığını düşündülər)
  • bulmacalar həll ediblər və yaxud «Leqo» konstruktorları düzəldiblər ;
  • rəsm çəkiblər ;
  • yuyunublar;
  • otağı və ya mənzili təmizləyiblər;
  • it və ya pişiklə oynayıblar;
  • idman ilə məşğul olublar;
  • musiqi alətlərində ifa ediblər;
  • üç nəfər şeir yazıb;
  • bir oğlan təxminən beş saat avtobuslarda gedib;
  • bir qız tikiş tikib;
  • bir oğlan atraksion parkına gedib və üç saat, ürəyi bulanana qədər, attraksionlarda yellənib;
  • bir yeniyetmə 25 km yol qət edib;
  • bir qız siyasi tarix muzeyinə, bir oğlan isə zooparka gedib;
  • bir qız dua edib.

Təxminən hər kəs yatmaq istəyib, lakin heç kəsdə bu alınmayıb.

Təcrübəni dayandıraraq 14 yeniyetmə sosial şəbəkələrə girib, 20 nəfər mobil telefonu ilə dostlarına zəng edib, üç nəfər valideynlərinə zəng edib, beş nəfər isə dostalrının yanına gedib. Digərləri isə televizoru yandırıb və ya kompüter oyunları oynayıblar. Bundan savayı, əksəriyyət dərhal müsiqini qoşub və qulaqcıqlarını taxıblar.

Təcrübə bitdikdən sonra yeniyetmələrin bütün qorxuları yox olublar.

Təcrübə zamanı hiss etdiklərini təhlill edən 51 nəfər “asılılıq”, “döz”, “mən daim lazımdı..” və s. sözbirləşmələrində istifadə ediblər.

Təcrübəni uğurla başa vurmuş oğlanlardan biri səkkiz saatını, yelkənli gəmi modeli düzəltməyə sərf edib. Digər oğlan isə ilk olaraq öz kollekiyalarını hissələrə ayırıb və sistemləşdirib, daha sonra isə güllər əkib. Bu oğlandan heç biri sınaq zamanı mənfi düşüncələr yaşamayıblar . Təcrübə keçirən psixoloq fərziyyənin bu cür nəticələrlə təsdiq olunmasından dəhşətə gəlib.

Son xəbərlər
Digər xəbərlər