8 C
Baku
Wednesday, October 30, 2024

“Airbnb” platformasında rekord sayda rezervasiya qeydə alınıb

Ev kirayəsi platforması Airbnb bu ilin birinci rübündə 102 mln.-dan çox rezervasiya sayı ilə yeni rekordu elan edib. Şirkətdən verilən açıqlamada bildirilir ki, bu göstərici turizm sektorundakı canlanmanın siqnalıdır. Airbnb həmçinin, ilk üç ayında gəlirinin 2021-ci ilin eyni dövrü ilə müqayisədə 70% artaraq $1.5 mlrd. olduğunu və 2021-ci ilin birinci rübündəki $1.2 mlrd.-lıq zərərin isə $19 mln.-a düşdüyünü açıqlayıb.

Baird analitiki Colin Sebastian, San Fransiskoda yerləşən şirkətin qazanclarının turizm sektorunda davam edən bərpa prosesini əks etdirdiyini və Airbnb-nin bazar payını qazandığını göstərdiyini söyləyib. Sebastian Airbnb səhmdarlarına məktubunda yazıb: “Qonaqlar əvvəlkindən daha çox rezervasiya edirlər. İrəliyə baxanda güclü tələbat görürük”.

Banker.az Euronews-a istinadən xəbər verir ki, qazanc rəqəmləri açıqlandıqdan sonra şirkətin səhmlərinin qiyməti 3%-dən çox artaraq $150.50-a çatıb. Bütün dünyada maraq gören yaşayış platforması son vaxtlar müxtəlif yurisdiksiyalarda müxtəlif tənzimləmə problemləri ilə mübarizə aparır. Avropa Birliyinin ali məhkəməsi mart ayında qərar verib ki, Airbnb rezervasiya məlumatlarını Brüsseldəki regional vergi orqanları ilə paylaşmalıdır.

Son xəbərlər
Digər xəbərlər