7 C
Baku
Thursday, December 12, 2024

“Airbnb” şirkətinin səhmləri IPO-dan sonra 25% ucuzlaşıb

Mənzil icarəsi xidməti olan “Airbnb” IPO-dan sonra 5 milyard dollar itirib. Bildirildiyi kimi, şirkətin səhmləri orta hesabla 25% ucuzlaşıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hal-hazırda bir səhm 124 dollara satılır (IPO-dan əvvəl bu qiymət 165 dollar təşkil edib).

Ucuzlaşma nəticəsində “Airbnb”nin təsisçiləri Natan Blechartsikin sərvəti 8,5 milyard dollar, Joe Gebbianın isə 9,5 milyard dollara düşüb. Qeyd edək ki, analitiklər səhmlərin daha çox ucuzlaşacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, bütün çətinliklərə baxmayaraq, IPO “Airbnb”yə 3,5 milyard dollar cəlb etməyə kömək edib ki, bu da 2020-ci ilin üçüncü ən böyük səhmlərin kütləvi yerləşdirilməsi olub. Hərracların ilk günündə şirkətin kapitallaşması 103 milyard dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər