Təyyarə istehsalçısı olan “Airbus” 2020-ci ildə 566 təyyarə tədarük edib ki, bu da 2019-cu illə müqayisədə 34% azdır.
Banker.az bu barədə xarici KİV-ə istinaən xəbər verir.
Qeyd edək ki, ötən ildə şirkət 863 təyyarə tədarük etmişdi.
“2020-ci ildə “Airbus SE” şirkəti 87 müştəriyə 566 kommersiya təyyarəsi tədarük edib ki, Covid-19 səbəbindən 2020-ci ildə qəbul edilən istehsalın uyğunlaşma planı çərçivəsində baş verib”, – şirkətin saytında bildirilir.
Qeyd edək ki, “Airbus” maksimum göstəriciyə dekabr ayında çatıb – həmin ayda şirkət 89 ədəd təyyarə tədarük edib və bu, noyabr ayı ilə müqayisədə 39% çoxdur.
Eyni zamanda, 2020-ci ildə təyyarənin tədarükü üçün sifarişlərin sayı da azalıb. Belə ki, bu il şirkət cəmi 268 sifariş alıb (2019-cu ildə bu göstərici 768 olub).
Xatırladaq ki, daha əvvəl şirkətin baş direktoru Guillaume Faury işçilərə göndərdiyi məktubda, koronavirus pandemiyasının yaratdığı nəticələrlə əlaqədar şirkətin iflas etməsinin mümkünlüyü haqqında yazmışdı.