“Airbus” 2019-cu ildə sifarişçilərə 863 ədəd təyyarə tədarük etdiyi halda ötən il bu göstərici cəmi 566 olub.
Şirkətin açıqlamasına görə, bu azalma COVID-19 pandemiyası ilə bağlıdır. Hərçənd şirkətin qəbul etdiyi sifariş sayı müvafiq olaraq 768 və 268 olub.
Bununla yanaşı, ötən ilin noyabr ayında 64, dekabr ayında isə 89 təyyarə müştərilərə çatdırılıb.
Dünyanın ən böyük aviakosmik avadanlığı istehsalçılarından olan “Airbus” sərnişin təyyarələri istehsal edən “Airbus SAS”, habelə “Airbus Defence and Space” və “Airbus Helicopters” bölmələrindən ibarətdir.