1 C
Baku
Saturday, December 14, 2024

“Akkord” Badamdarda yaşayış kompleksinin tikintisini $275 mln.-dan artıq məbləğində qiymətləndirilir

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Bakının Səbail rayonunun Badamdar qəsəbəsində biznes sinifinə aid kompleksin tikintisinə $275 mln.-dan artıq vəsait yönəltməyi planlaşdırır. Banker.az bildirir ki, bu barədə layihə ilə tanış olan mənbə məlumat verib.

“Layihə $275,2 mln. məbləğində qiymətləndirilir. Kompleks 4,92 min mənzil və 2,5 min parkinq yeri ilə 20-30 çoxmərtəbəli binadan ibarət olacaq. Mənzillərin ümumi sahəsi 405,9 min kvadrat metr, kommersiya otaqlarının sahəsi isə – 45,1 min kvadrat metr təşkil edəcək. Layihə yüksək gəlirli şəxslər üçün nəzərdə tutulur”, – mənbə qeyd edib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması müddəti təqribən 5 ilə yaxın, xərclərin çıxarılması müddəti – 4,2 il təşkil edir.

Mənbə əlavə edib ki, şirkət layihənin reallaşdırılması məqsədilə xarici investorların cəlb edilməsi imkanını istisna etmir.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2010-cu ilin avqustunda “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC tərəfindən təsis edilib. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Bundan başqa, şirkət Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur.

©İnterfaks Azərbaycandan

Son xəbərlər
Digər xəbərlər