“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin ötən il dekabrın 26-də təsis etdiyi “Accord Indistrial Company” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 10 min manatdan 974 min çatdırılıb.
Banker.az bildirir ki, bu barədə Report holdinqə istinadən xəbər verir.
Məlumata görə, şirkətin rəhbəri də dəyişdirilib. Belə ki, Elçin Oqtay oğlu Qasımovu Razim Raqib oğlu Məmmədov əvəz edib.