10 C
Baku
Thursday, December 12, 2024

Aksizsiz mallara 10-40% sanksiyalar tətbiq edilə bilər

Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə malların satış qiymətinin 10%-40%-i miqdarında maliyyə sanksiyaları tətbiq edilə bilər.

Banker.az bildirir ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsinə istinadən məlumat verilib.

Vergi Məcəlləsinə dəyişiklik layihəsində bildirilir ki, elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə -malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə 40%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Aksiz markası ilə markalanmalı olan mallların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin bir misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə iki misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, hazırda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cəza tədbiri olaraq maliyyə sanksiyası deyil, inzibati cərimə tətbiq edilir.

Məcəlləyə təklif edilən digər dəyişikliyə əsasən məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməmisə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azadılmış gəlirin 6%-i miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər