İyun ayının 1-nə ölkədə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3.7 faiz artaraq 738.4 min olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Banker.az”a verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 7% faiz artıb və 42.6 min təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəlinə nisbətən 3.4 faiz artaraq 195.7 minə çatıb.