Aktiv və passivlərin idarə edilməsi şöbəsinin aparıcı Mütəxəssisi
İş barədə məlumat:
1. Likvidlik proqnozlarını hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
2. Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
3. Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
4. Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
5. Resursların daxili qiymətlərinin hesablanması (FTP – funds transfer pricing);
6. Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Namizədə tələblər:
ali iqtisadi və ya biznes üzrə təhsili;
ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
İngilis dilini bilmək;
Analitik qabiliyyət;
dəqiqlik;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 Avqust, 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktiv və passivlərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.