7 C
Baku
Sunday, December 15, 2024

Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş Mütəxəssisi – Bank BTB ASC

Bank “BTB” ASC Xəzinədarlıq departamenti, Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş Mütəxəssisi 

İş barədə məlumat:

1. Likvidlik proqnozlarını hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
2. Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
3. Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
4. Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
5. Resursların daxili qiymətlərinin hesablanması (FTP – funds transfer pricing);
6. Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər:

 ali iqtisadi və ya biznes üzrə təhsili;
 ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
 İngilis dilini bilmək;
 analitik qabiliyyət;
 dəqiqlik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  azərbaycan dilində 28 Fevral, 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər