8 C
Baku
Thursday, December 12, 2024

“Al-Dad”ın etiketində təbii inək südü qeyd olunsa da, marqarindən istifadə edildiyi aşkarlanıb

Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən “Al-Dad” MMC-yə məxsus süd və süd məhsulları istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Belə ki, müəssisədə temperatur rejiminə riayət olunmadığı, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən edilib. Eyni zamanda məhsulların etiket məlumatlarında istehsal zamanı təbii inək südündən istifadə edildiyi qeyd olunsa da, bitki mənşəli marqarin yağından istifadə edildiyi məlum olub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

1678087816qanun3 jpg 1678087815qanun2 jpg

Son xəbərlər
Digər xəbərlər