Məşhur alman fizik-nəzəriyyəçisi Albert Eynşteyn-in adı çox tez-tez məktəbdə 2 qiyməti alan dahi alimlərin siyahısına daxil edilir. Tomas Edisonun təhsil ilə yaşadığı problemlərdən fərqli olaraq, gələcəyin fizika üzrə Nobel mükafatına lauretçı olan Albert Eynşteynin təhsildə geri qalması haqqında fikirlər uydurmadır. Bununla yanaşı, 1980-ci illərin ortalarında dahi alimin məktəbdə aldığı qiymətlərin yaxşı səviyyədə olduğunu sübut edən sənədin tapılmasına baxmayaraq, bu fakt dəfələrlə nəşr edilməyə davam etdirilirdi.
Bu məqalədə dahi alimin əslində necə təhsil aldığı haqqında gerçək məlumatlara sahib olacaqsınız.
Albert Eynşteynin uşaqlığı ailəsinin o dünyaya gəldikdən 1 il sonra köçdüyü Münhen şəhərində keçmişdir. Onun valideynlərinin yəhudi olmasına baxmayaraq, o 5 yaşında katolik ibtidai məktəbinə göndərilir. Buna səbəb isə məktəbin evə yaxın məsafədə yerləşməsi idi. Albert klassik təhsil modelinə hələ uşaq ikən nifrət edirdi. Belə ki, uşaqlar bütün qaydalara ciddi şəkildə tabe olmalı idilər və verilən hər yalnış cavaba görə onların əllərinə xətkeşlə vurulurdu. Bundan əlavə, Almaniyada antimemit əhval-ruhiyyə baş qaldırırdı və azyaşlı Albery yəhudi əsilli olduğuna görə tez-tez digərləri tərəfindən döyülürdü.
1888-ci ildə 9 yaşlı Albert riyaziyyat, təbiət elmləri və qədim dillərin tədrisi, həmçinin özünün müasir laboratoriyası ilə məşhur olan Luitpoldovs gimnaziyasına daxil olur.
Təhsil yerinin dəyişdirilməsi isə Albert Eynşteynin təhsil sisteminə olan yanaşması dəyişmədi. O əzbərçiliyə və məktəblilərin beyninin lazımsız faktlar ilə doldurulmasına, suallardan yayınan müəllimlərə və sərt intizam qaydalarına nifrət edirdi. Gənc Albert digər həmyaşıdları kimi top arxasınca qaçmır, hasarlarda gəzmirdi. Lakin bunun əvəzində həmin uşaqlara aydın olmayan faktları çox asanlıqla izah edə bilirdi. Məsələn, telefonun necə işlədiyini. Bunun əvəzində isə həmyaşıdları onu zəhlətökən adlandırırdı. Təhsil sistemini bəyənməsə də, Albert hər zaman yüksək qiymətlər alır və ən yaxşı şagirdlər sırasında olurdu.
1984-cü ildə arxivlərdən əldə edilmiş akademik yazılar sübut edir ki, Albert Eynşteyn əvəzsiz zəkaya sahib idi. Belə ki, o 11 yaşında fizikanı kollec səviyyəsində mənimsəmiş, skripkada ifa etməyi öyrənmiş və bütün məktəb fənləri üzrə yaxşı qiymətlərə sahib olmuşdu (fransız dilindən başqa).
Albert təhsil müddətindən geridə qalan boş vaxtlarında sərbəst şəkildə elmlə məşğul olurdu. Valideynləri ona yuxarı sinifin dərsliklərini alırdılar və tətil zamanı gənc dahi riyaziyyat üzrə müəyyən qədər irəliləyə bilirdi. Albert Eynşteynin əmisi (Yakob Eynşteyn Albertin atası German ilə birlikdə elektrik cihazlarının satışı ilə məşğul olan şirkətə rəhbərlik edirdi) onun üçün çətin riyazi tapşırıqlar təşkil edirdi. Albert saatlarla həmin tapşırıqlarla məşğul olurdu və onları həll etmədən evdən çıxmırdı.
Əmisindən əlavə gələcəyin fizikinin daha bir “yardımçısı var idi. Bu tibb universitetinin tələbəsi Maks Talmud idi. Eynşteynlər ailəsi hər 4-cü gün onu evlərində qonaq edirdilər. Talmud hər dəfə özü ilə Albert Eynşteyn üçün Aaron Bernşteyn-in populyar elmi yazılarını gətirirdi. Bernşteyn oxucuları müxtəlif maraqlı vəziyyətlər barədə düşünməyə vadar edən işıq sürəti haqqında yazırdı. Bu yazıların təsiri altında Eynşteyn yaxın 10 ildə onun fikirlərini məşğul edən sual barədə düşünməyə başlayır: işıq şüasını əldə-ələ ötürmək mümkün olsaydı o necə görünərdi? O hələ uşaq olarkən düşünürdüki, işıq şüası dalğa ola bilməz. Çünki bu zaman o hərəkətsiz olardı. Lakin heç kəs heç vaxt hərəkətsiz işıq şüası görməyib.
Albert-in 12 yaşı olarkən Talmud ona həndəsə dərsliyi verir. Balaca dahi həmin kitabı bir nəfəsə oxuyur və onu həndəsə üzrə kiçik müqəddəs kitab adlandırırdı. Talmud riyaziyyatdan əlavə, Eynşteyni fəlsəfə ilə, daha dəqiq desək İmmanuil Kant ilə də tanış edir.
Eynşteyn yaşından və sosial ierarxiyasından asılı olmayaraq axmaq insanları sevmir, onlara qarşı hislərini gizlədə bilmir və buna görə də tez-tez müəllimləri ilə mübahisə yaşayırdı. Onu arxa cərgədə oturduğu və kinayəli güldüyü üçün dərsdən asanlıqla qova bilirdilər. Belə müəllimlərdən biri onun heç vaxt heç nəyə nail ola bilməyəcəyini demişdi.
Məktəbli dahi uğur qazanmağa davam etdiyi bir zamanda eyni sözləri atası haqqında demək mümkün deyildi. Belə ki, 1894-cü ildə onun şirkəti iflasa uğrayır və Eynşteynlər ailəsi Milana köçür. Albert isə bir neçə il Münhen yataqxanasında qalmalı idi, çünki məktəbi bitirməmişdi. Yeniyetmə üzərinə yüklənmiş kədər və tənhalıq fonunda uzun müddət tab gətirə bilmir və yarım il ayrılıqdan sonra valideynlərinin qapısını döyür.
Bununla Eynşteyn, məktəbi atmış və xarici ölkədə ordudan yayınan yeniyetmə adını qazanır. Belə ki, tezliklə onun 17 yaşı tamam olurdu və Almaniyada bu yaşda olanlar hərbi xidmətə yollanmalı idilər. Üstəlik, o işə düzəlmək üçün hər hansı təcrübəyə sahib deyildi.
Vəziyyətdən çıxmaq üçün Albert İsveçrədə Zürih ali texniki məktəbinə sənədlərini təqdim edir. Albert fizika və riyaziyyatdan yüksək qiymət əldə etsə də, ümumilikdə imtahandan kəsilir.
Gənc oğlanın bacarıqlarından heyrətlənən politexnikumun direktoru orta təhsil haqqında attestat almağı və cəhdini təkrarlamağı məsləhət görür. 1986-cı ilin əvvəlində, 17 yaşının tamam olmasına 3 ay qalmış Albert Almaniya vəətndaşlığından imtina edir və İsveçrə pasportu alana qədər bir neçə il apatrid (vətəndaşlığı olmayan şəxs) olaraq yaşayır. Həmin il dahi İsveçrədə Arau kantonal məktəbini bitirir. Bu zaman da onun qiymətləri dəyişməz olaraq qalmışdı: fizika və riyaziyyat üzrə yüksək qiymətlər, fransız dilindən 3 (6 ballıq şkala ilə), coğrafiya və rəsm üzrə 4.
İsveçrə məktəbindən olan məhz bu sənədlər dahi alimin “2 alan şagird” olması haqqında faktların doğru olmadığını sübut etdi. Məsələ ondadır ki, Albert-in 3-cü təhsil ilində şməktəb administrasiyası 6 ballıq qiymətləndirmə şkalasını tərs çevirir və bu zaman “1” qiyməti ən yüksək qiymət olaraq götürülür. Növbəti dərs müddətində Albert Eynşteynin fizika və riyaziyyatdan “1” qiyməti alması onun nəticələrinin yüksək olmasından xəbər verirdi. Məktəb administrasiyasında qiymətləndirmə üsulunun dəyişdirilməsindən xəbərsiz olanlar onun nəticələrinin pis olduğunu deməyə başlamışdılar. Əslində isə Albert Eynşteynin qiymətləri kifayət qədər yüksək idi.
Dahi fizik ömrünün sonuna qədər alman təhsil sistemini tənqid etmişdi və onun fikrincə bu təhsul sistemi məktəblilərin beynini yumaqla məşğuldur.