28 C
Baku
Saturday, July 27, 2024

“Ali təhsil müəssisələrimiz innovasiyaların daşıyıcısı deyil, yaradıcısı olmalıdırlar”

“Bu gün ömürboyu təhsil, bilik əsaslı iqtisadiyyat təhsilin əsas istiqamətlərindən biridir. Ali təhsil müəssisələrimiz innovasiyaların daşıyıcısı deyil, yaradıcısı olmalıdırlar”.

Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bu, əsas hədəflərdəndir: “Strateji yol xəritələrində də təhsil müəssisələrinin innovasiya xarakterli fəaliyyəti dəstəklənib. Düzdür, bizim ali təhsil müəssisələrimizin müəyyən bir qismində biznes-inkubator, texnologiyalar üzrə baza resurs kimi mərkəzlər var, bəzi start-up layihələri dəstəklənir. Amma bu, kifayət qədər deyil”.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələri elmi-tədqiqat fəaliyyətinə diqqət yetirməlidirlər: “Onlar bu fəaliyyəti kommersiyalaşdırmalıdırlar. Son 25-30 ildə cəmiyyətin sürətli inkişafı ilə əlaqədar bir çox ölkələr innovasiya və təhsilə xüsusi diqqət yetirir və bu sahəyə investisiya yatırırlar. Son 10 ildə belə ölkələrdə əsas fondlara yönəldilən investisiyanın artım sürəti 2,2 faiz təşkil edirsə, təhsil və innovasiyalara yönəldilən investisiyanın artım sürəti 3,4 faizdir”.

©Report

Son xəbərlər
Digər xəbərlər