Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssələrinə (Universitet, İnstitut və Akademya) rektorun təyin edilmə müddəti təsdiq edilib.
Banker.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
““2.13. dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir.” – bəndinin həmin qanuna əlavə edilsin deyə fərmanda qeyd edilir.