5 C
Baku
Saturday, December 14, 2024

“Alibaba Group”un yaradıcısı Jack Ma-dan sahibkarlara 5 məsləhət

18 il ərzində Jack Ma “Alibaba”nı dünyanın ən böyük texnoloji şirkətlərindən birinə çevirdi. Təkcə 11 Noyabr tarixində keçirilmiş endirimli alış-veriş günündə şirkət 25 milyard dollardan çox gəlir əldə etmişdi. Honkonqda keçirilmiş Jumpstarter 2017 adlı startap yarışmasında çıxışı zamanı Jack Ma sahibkarlar auditoriyasına öz məsləhətlərini verib.

1. Yaxşı sahibkar həmişə optimist olmalıdır. Jack Ma-nın fikrincə həmişə neqativ fikirlərdən azad olmaq lazımdır. Sahibkar həmişə optimist tərzdə düşünməlidir. “Siz həmişə optimist olmalısınız. Böyük sahibkar optimizm ilə gələcəyə baxır. Özünüzə sual verməlisiniz ki, siz hansı problemləri həll edə bilərsiniz və sizin qərarınız digərlərinin qərarlarından ne ilə fərqlənəcək? Özünüzdən soruşun ki, siz digər istənilən sahibkardan nəyi yaxşı edə bilərsiniz?” – deyə Jack Ma bildirib.

2. Sizi əhatə edən insanlar hər şeyi dəyişə bilərlər. Ətrafınızı sizin tərzdə düşünən insanlarla əhatə edin və arzunuzun ardınca gedin. “Sizə sizinlə çalışacaq insanlar qrupunu tapmaq lazımdır. Həmin insanlar sizin düşüncələrinizi dəstəkləyirlər. Onlar sizə ona görə qoşulmayıblar ki, bu sadəcə olaraq maaşlı işdir. Onlar sizə ona görə qoşulublar ki, onlar sizin arzunuza, missiyanıza və düşüncənizə inanırlar. Bu o demək deyil ki, siz bütün gücünüzü sərf edərək ən yaxşı mütəxəssisləri tapmalısınız. Dünyanın ən yaxşı mütəxəssislərini tapmağa ehtiyac yoxdur. Sizin komandanızda olanlar artıq ən yaxşılarıdır. Həmin komandanı məşq etdirin, onunla çalışın. Onda o komanda da həmçinin sizə çox şeyi öyrədəcək” – deyə Ma bildirib.

3. Başa düşün ki, nəyisə qurban vermək lazım olacaq. Uğura gedən yol heç də asan deyil. “Nəticədə nə əldə edəcəyiniz barədə düşünməyin. Nə verə biləcəyiniz barədə düşünün. 3 və ya 10 ərzində qalib gələcəksiniz? Əgər sizin böyük ideyanız varsa, özünüzü 10 ilə hazırlayın. Əgər bəxtiniz gətirsə, sizə 1 il də bəs edəcək. Lakin çoxları bu qədər bəxtəvər deyillər” – deyə Ma qeyd edib. Onun fikrincə sürətli qələbələr deyilən özəllik ümumiyyətlə yoxdur. “Gələn ay və ya gələn il uğur qazanacağınızı özünüzə söz verməyin. Mümkün deyil. Bu barədə unudun. Əgər ağlınızda 3 ili tutmusunuzsa, özünüzü 5 ilə hazırlayın. Nədən imtina etmək lazım olduğunuzu anladığınız zaman onun yerinə nəyisə əldə edə biləcəksiniz” – deyə Ma bildirib. Buna bariz nümunə kimi o, “Alibaba”nın investisiya tarixini göstərib. Şirkətin ilk investisiya raundunda o, 50.000$ əldə etmişdi. “Biz düşünürdük ki, bu vəsait bizə 10 ay üçün bəs edəcək. Biz xərclənmiş hər bir cent-i sayırdıq. Lakin həmin məbləğ heç 4 ay üçün çatmadı. Biz demək olar ki, iflas olmuşduq” – deyə Ma qeyd edib.

4. Məşhur trendlərə öz diqqətinizi yönəltməyin. Bu cür səviyyəyə çatmağı “Alibaba”  necə bacardı? Bunun səbəblərindən biri odur ki, həmin vaxtlarda internet çox yerdə yayılmamışdı. “Elektron kommersiya bu dərəcədə trenddə olmayan bir sahə idi. Heç kim ona inanmırdı. Lakin biz inanırdıq. Digərlərinin nə dedikləri bizi maraqlandırmırdı. Biz düşünürdük ki, onun gələcəyi var, o, insanlara yardımçı olacaq. Buna görə də biz bu layihəyə start verdik” – deyə Ma qeyd edib.

5. Gözləməyin ki, hər şey sizin üçün hazır olacaq. Tez start verib sürətlə irəliləmək laızmdır. Sizin layihəniz üçün hər şeyin hazır olacağını gözləmək lazım deyil. “Yaxşı mühitin və ya siyasətin yaradılacağını gözləməyin. Hər şey yaxşı olduğu zaman artıq sizin imkanlarınız yoxdur”. Əgər hakimiyyət sizin planlarınız üçün yaxşı olacaq qərarlar qəbul edibsə, onda başqa açıq yola üz tutun. “Əgər hakimiyyət qeyd edibsə ki, bu və ya digər sahədə artıq hər şey hazırdır, başqa sahəyə üz tutun. Belə ki, bu sahədə artıq sizin heş bir şansınız yoxdur” – deyə Ma bildirib.

Son xəbərlər
Digər xəbərlər