19 C
Baku
Friday, May 3, 2024

Alibaba şirkəti 7 dəqiqəyə 1,47 milyard dollar qazandı

“Subaylar günü” ilə əlaqədar keçirilən 24 saatlıq satış prosesinin ilk 7 dəqiqəsi Çinin Alibaba şirkətinə 1,47 milyard dollar qazandırdı.

Şirkət satışları artırmaq məqsədi ilə açılış mərasiminə Hollywood aktrisası Scarlett Johansson, futbolçular David Beckham və Tomas Muller, basketbolçu Kobe Bryant və One Republic rok qrupu dəvət olunmuşdu.

Alibaba şirkəti “Subaylar günü” üçün nəzərdə tutulmuş ilk endirim kompaniyasını 2009-cu ildə həyata keçirmişdi və həmin tarixdən etibarən hər il aksiyalar təşkil edir.

Qeyd edək ki, “Subaylar günü” hər il 11 noyabr tarixində qeyd edilən müasir Çin bayramıdır və evli olmayan şəxslərə həsr edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər