26 C
Baku
Saturday, July 27, 2024

Alibaba təsisçisi “xərçəngdən daha pis olan” xəstəliyin adını açıqlayıb

Banker.az xəbər verir ki, çinli milyarder və Alibaba şirkətinin qurucusu olan Jack Ma, Davosda keçirilmiş Dünya İqtisadi Forumunda qeyd edib ki, insan ağılsızlığı xərçəng xəstəliyindən daha pisdir, çünki müalicə edilə bilməz.

Sahibkar bildirmişdir ki, öz əməkdaşlarını seçərkən daha çox zehni bacarıqlara əhəmiyyət verir.

“Məndən daha ağıllı olan insanları işə götürürəm. Hansılar ki 4-5 ildən sonra mənim başçılarım ola bilər. Əgər sizin ağlınız yoxdursa, bu, xərçəngdən daha pisdir. Xərçəng müalicə edilə bilər. Ağılsızlıq isə müalicə oluna bilməz”,- biznesmen vurğulayıb.

Əlavə olaraq Ma, nəticələrə diqqət yetirən və çətin vəziyyətdə özünü itirməyən optimist insanlar ilə işləməyi sevdiyini söyləyib.

“Mən bir çox sahələrdə çox böyük liderlərə rast gəlmişəm. Onlar həmişə optimistdirlər və heç şikayətçi deyillər “.

2018-ci ilin oktyabrında, Alibaba-nın qurucusu Jack Ma, dörd ildir ki Çində ən zəngin insanların sıralamasında birinci yer tutur. Onun sərvəti 39,1 milyard dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər