12 C
Baku
Wednesday, December 11, 2024

Alıcılar şikayət edirlər: Galaxy S10-un üz tanıma sistemini rahatlıqla aldatmaq olar

  Samsung Galaxy S10 istifadəçiləri aşkar ediblər ki, smartfonun Face Unlock funksiyasını rahatlıqla aldatmaq mümkündür.

Bu barədə internetdə çoxlu sayda videolar yayılıb. Həmin videolarda görmək olar ki, Galaxy S10-u Face Unlock funksiyası vasitəsilə blokdan çıxartmaq üçün sadəcə olaraq smartfon sahibinin üzünün əks olunduğu fotonu smartfonun ön kamerasına yaxınlaşdırmaq kifayət edir.

Bununla belə fotonun çap olunmasının və ya digər smartfon vasitəsilə göstərilməsinin heç bir əhəmiyyəti yoxdur. Bundan əlavə olaraq Face Unlock funksiyasını həmçinin smartfon sahibinin üzünün əks olunduğu video vasitəsilə də aldatmaq mümkündür. Bununla yanaşı məlum olub ki, bu texnologiya həm də istifadəçinin cinsini də tanıya bilmir. Belə ki, Honkonqdan olan Jane Wong adlı qadın bloqqerin sözlərinə əsasən o, qardaşının Galaxy S10 modelini öz üzünü skan edərək blokdan çıxarda bilib.

©Technote

Son xəbərlər
Digər xəbərlər