Alıcıların əsas xüsusiyyətlərindən biri onun yaşıdır. Hamımız öz yaşımızı bilirik və başqa insanın yaşını təxmini olaraq müəyyən edə bilərik. Lakin marketoloqlar bir deyil, üç yaş tipini fərqləndirirlər.
1. Şəxsiyyət vəsiqəsi yaşı – şəxsiyyət vəsiqəsində göstərilən yaşdır. Bu ən dəqiq, lakin marketoloqlar üçün ən əlverişsiz yaşdır.
2. Fiziki yaş – özümüzü fiziki olaraq hiss etdiyimiz yaşdır. Siz səhərlər özünüzü necə hiss edirsiniz? Gümrah və ya halsız? Bax, bu sizin fiziki yaşınızdır.
3. Daxili yaş – insanın psixoloji göstəriciləri əsasında müəyyən olunur. Marketoloq üçün bu rəqəm – əsl şikardır!
Daxili yaş – bu, bizim xatirələr və arzularımız ilə əlaqədar olan daxili hissiyyatımızdır. Gənclər özlərini böyük hiss etmək istəyir, taqətsiz qocalar isə heç olmasa bir dəqiqə olsa da, daha cavan olmağı arzulayırlar. Əgər marketoloqlar insanların daxili yaşını tapa bilsələr, onda onların təqdim etdiyi məhsul və xidmətlərin məşhurlaşması labüd hala çevrilir.
90-cı illərin əvvəlində Çin bazarına mineral su çıxarmış Danone şirkəti aşağı tələblə qarşılaşdı. Məsələ onda idi ki, Çində şəhər əhlinin əksəriyyəti kənddən gəlmədir, kəndlərdə isə tamamilə təmiz su yoxdur. Şirkət suya azacıq torpaq tamı qatdıqdan sonra satışlar yüksəldi – çinlilər uşaqlıq illərini xatırlamaq üçün su alırdılar.
Başqa bir misal – 90-cı illərin sonunda Pepsi bildirdi ki, şirkət 21-ci əsrin ortalarında istifadə etdiyi resepturanı yenidən tətbiq edəcək. Öz dadına görə yeni Pepsi köhnədən heç nə ilə fərqlənmirdi, lakin insanlara uşaq vaxtı içdikləri Pepsini içərək özlərini uşaq vaxtlarındakı kimi hiss etmək xoş idi.