15 C
Baku
Saturday, April 27, 2024

Alimlər uğurlu karyeranın sirrlərini açdılar

Pensilvaniya ştatındakı universitetin müəllimləri uğurlu karyeranın sirrlərini açdıqlarını bildiriblər. Tədqiqatlar nəticəsində onlar uğurun əldə edilməsində stressə davamlılığın və uğursuzluqlara dözməyin hakim rolunu müəyyənləşdirmişlər. Bu keyfiyyətlər uşaq vaxtı qazanıldığından böyük yaşlarda bunları inkişaf etdirmək çətindir.

Psixologiya müəlliməsi Angela Darkworth müvəffəqiyyət və stressə davamlılıq arasındakı qarşılıqlı əlaqəyə diqqət yönəldərək öz tələbələri arasında eksperiment aparmışdır. IQ səviyyəsi yaxşı və ən pis tələbələr arasında yeganə və əhəmiyyətli fərq deyildi.

Tədqiqatlar 164 tələbə arasında aparıldı. Ekspertlər müxtəlif meyarlar (soft skills, IQ, özünü qiymətləndirmə, emosionallıq, həyat tərzi və s.) üzrə nəticələri qruplaşdırmışlar. Alimlərin gəldiyi digər nəticəyə görə – mütəşəkkillik uğurun qazanılmasında istedad dərəcəsi ilə müqayisədə daha vacib rol oynayır.

Angela Darkworth hesab edir ki, : “Dardüşüncəli, lakin çalışqan tələbələr arzu etdiklərində kamilləşirlər. Eyni zamanda intizamsız, lakin istedadlı və ağıllı tələbələr yerlərində sayırlar. Aydındır ki, uğura doğru hərəkət edən idrak heç bir halda fərdin ağıl dərəcəsindən asılı deyil.

Alimlərin elan etdiklərinə əsasən, tədqiqatların əsas nəticəsi “emosional intellekt” ilə uğurlu karyera arasında qarşılıqlı əlaqə oldu. Hər hansı bir müdirin karyerasını nəzərdən keçirsək burada uğurun mühüm keyfiyyəti kimi nəticələr əldə etməyə diqqəti yönəltmək, əzm, müsbət düşüncə, qərar qəbul etmə bacarıqları, təsirli ünsiyyət qurma bacarıqları kimi keyfiyyətlərin yer aldığını görərik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər