6 C
Baku
Sunday, December 15, 2024

Alimlər: Uzun iş günü aritmiyanın inkişafına səbəb olur

Banker.az xəbər verir ki, London universitet kollecindən olan beynəlxalq alim komandası həyata keçirdikləri araşdırma çərçivəsində təqribən 85 min işçinin (iştirakçıların orta yaş həddi 43,4 təşkil edirdi) sağlamlıq vəziyyətini təhlil edib. Onların heç biri eksperimentin əvvəlində aritmiyadan əziyyət çəkmirdi.

Araşdırma müəllifləri elektrokardioqramm, xəstəlik tarixçəsi, dərman vasitələrinə sərf edilən xərclər haqqında məlumatları və ölüm haqqında şəhadətnamələri tədqiq edib. Alimlər 10 il ərzində araşdırma iştirakçılarını müşahidə edib.

Alimlər 1000-dən bir qədər çox hallarda aritmiyanın inkişafı hallarını qeydə alıb.

Cins, sosial və iqtisadi vəziyyət kimi amillər də nəzərə alınmaqla, belə qənaətə gəlinib ki, həftədə 55 saatdan çox işləyənlər (iştirakçı sayının təqribən 5%-i), həftədə 35-40 saat işləyənlərdən (iştirakçıların təqribən 63%-i) iki dəfə çox aritmiyanın inkişafı riski ilə üzləşib.

Aritmiyanın inkişafı 10 haldan 9-da araşdırmanın əvvəlində heç vaxt heç bir ürək qan-damar xəstəliyindən əziyyət çəkməyən şəxslərdə qeydə alınıb. Alimlər buradan belə qənaətə gəliblər ki, uzun iş saatları bu xəstəliyin yaranmasına səbəb ola bilər.

Araşdırma müəllifləri qeyd edir ki, uzun iş gününə sahib insanlar ümumilikdə digər insanlardan daha az sağlam həyat tərzinə malikdirlər. Onlar az fiziki hərəkətlə məşğul olur, tez-tez piylənmə və spirtli içki aludəçiliyindən əziyyət çəkir.

Alimlər bildirir ki, iş yerində stress – ürək qan-damar xəstəliklərinin inkişafı riski üçün potensial amil rolunu oynayır. Mütəmadi olaraq çox işləmək isə insult riskini artırır. Lakin alimlər iş gününün davamiyyəti ilə aritmiyanın inkişafı arasındakı konkret əlaqəni tam olaraq bilmirlər.

Son xəbərlər
Digər xəbərlər