Alkatras adasında yerləşən və Amerikanın ən təhlükəli cinayətkarlarının saxlanıldığı həbsxana 1963-cü ilə qədər fəaliyyət göstərib və o dövrdə məhkumların isti su ilə duş aldığı yeganə federal həbsxana idi.
Lakin məhkumlara bu lüks imkanın verilməsinə səbəb heç də humanistik yanaşma deyildi. Belə ki, həbsxana rəhbərliyi belə qərara gəlir ki, rahatlığa və isti suya vərdiş etmiş məhkumlar San-Fransisko körfəzinin soyuq suyunda üzməyi daha az gözə alacaqlar və türmədən qaçmaq şansları azalacaq.