28 C
Baku
Saturday, July 27, 2024

Alman bankı yenidən cərimələndi

Banker.az saytının verdiyi məlumata görə, Federal Ehtiyat Sistemi (FES) Almaniyanın Deutsche Bank bankını çirkli pulların yuyulmasının qarşısının alınması üçün kifayət qədər tədbirlərin görülməməsi səbəbindən 41 milyon dollar həcmində cərimlənib.

Qeyd edək ki, bank 2017-ci ilin yanvar ayında ABŞ-da rus səhmləri ilə şəffaf olmayan müqavilə sxemlərinə görə 425 milyon dollar cərimələnmişdi. Bu əməliyyatlar nəticəsində 2011-ci ildən 2015-ci ilə qədər Rusiyadan təqribən 10 milyard dollar çıxarılmışdı.

Bu sxemə Rusiya səhmlərini alan müştərilər, həmçinin bu işə maraqlı digər tərəflər də cəlb edilmişdi ki, həmin şəxslər tezliklə sözügedən bu səhmləri alman bankının London filialı vasitəsilə satmışdılar. Əməliyyatların bir hissəsi bankın Nyu-York ofisi vasitəsilə həyata keçirilirdi.

Son xəbərlər
Digər xəbərlər