24 C
Baku
Thursday, June 30, 2022

Almaniya 5 milyard avro dəyərində 60 “Chinook” helikopteri alacaq

Almaniya Müdafiə Nazirliyi ABŞ-ın “Boeing” şirkətindən 60 ədəd Chinook CH-47F ağır nəqliyyat helikopteri almağı planlaşdırır.

Bu barədə yerli “Bild” nəşrinə istinadla xəbər verir.

Məlumata görə, Almaniya buna 5 milyard avro xərcləyəcək. Nəşrin mənbələri iddia edir ki, avadanlıqların tədarükü 2025-2026-cı illərdən tez başlanmayacaq.

Helikopterlər ABŞ-ın Sikorsky şirkəti və Almaniyanın “VFW” şirkəti tərəfindən birgə istehsal edilən köhnəlmiş CH-53G Stallion helikopterini əvəz edəcəyi bildirilir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər