28 C
Baku
Saturday, July 27, 2024

Almaniya avqustun 1-dən Rusiyadan kömür, dekabrın 31-dən isə neftin alışını dayandırır

Almaniya avqustun 1-dən Rusiyadan kömür, dekabrın 31-dən isə neftin alışını dayandıracaq, bunu ölkənin maliyyə nazirinin müavini Yorq Kukis Sidneydə keçirilən konfransda deyib. Onun sözlərinə görə, Rusiya Almaniyanı 40% kömür və 40% neftlə təmin edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

O əlavə edib ki, indi Almaniya Rusiya tədarüklərinə alternativ axtarır, belə alternativ ABŞ və Qətər ola bilər. Onun sözlərinə görə, Almaniya mayeləşdirilmiş təbii qaz üçün terminallar tikir. Buna baxmayaraq, enerji təchizatında hələ də böyük boşluq var.

Rusiyadan kömür idxalına qadağa Aİ-nin beşinci, neftin idxalına qadağa isə altıncı sanksiyalar paketinə daxildir.

“Bloomberg”in məlumatına görə, ilin əvvəlindən Rusiyanın neft gəlirləri 50% artıb. Bununla bağlı G7 ölkələrinin liderləri Rusiya neftinə marjinal qiymətlərin tətbiqini nəzərdən keçirirlər.

Son xəbərlər
Digər xəbərlər