7 C
Baku
Sunday, December 15, 2024

Almaniya, Azərbaycan və Kanadanın birgə LNG biznesinin xalis mənfəəti 7 dəfə artıb

Almaniya, Azərbaycan və Kanadanın Maltadakı birgə şirkəti “ElectroGas Malta” 2023-cü ildə xalis mənfəətini təqribən yeddi dəfə artırıb.

Banker.az xəbər verir ki, “ElectroGas Malta” 2023-cü ildə 14 milyon manat ekvivalentində (7.44 mln. avro) xalis mənfəət əldə edib. Halbuki, şirkətin 2022-ci il üzrə xalis mənfəəti 2 mln. manat ekvivalentində idi.

Azərbaycan Mərkəzi Bankı: EUR/AZN 1.8811 AZN (31.12.2023)

Şirkət 2022-ci ildə mln. manat ekv. gəlir əldə etdiyi halda, 2023-cü ildə bu göstərici 472 mln. manat olub.

Qeyd edək ki, şirkət üç iri neft-qaz şirkətinin birgə biznesidir. Bunlar Almaniyanın “Siemens Project Ventures GmbH”, Azərbaycanın “Socar Trading SA” və Kanadanın “GEM holding Limited” şirkətləridir. Hər birinin payı bərabər olaraq 33.3%-dir.

Şirkətin xalis aktivləri hələ ki defisitdədir. Belə ki, onun 1 mlrd. 230 mln. manat öhdəliklərinə qarşı 1 mlrd. 142 mln. manat aktivləri var. Kapital defisiti 88 mln. manatdır.

Son xəbərlər
Digər xəbərlər