10 C
Baku
Wednesday, December 11, 2024

Almaniya ilk üzən LNG terminalları alacaq

“Almaniya enerji resurslarının təchizatının şaxələndirilməsi üzərində çalışır və tezliklə mayeləşdirilmiş təbii qazı (LNG) qəbul etmək üçün ilk mobil terminallara sahib olacağını gözləyir”.

Banker.az xəbər verir ki, bunu çərşənbə günü Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

O bildirib ki, üzən LNG terminalları yaxın vaxtlarda istifadəyə veriləcək: “Lazımi infrastruktur isə bir neçə il və ya onilliklər ərzində deyil, bir neçə aya hazır olacaq”.

Onun sözlərinə görə, Almaniya enerji resursu mənbələrini şaxələndirməlidir: “Ötən həftə Afrikada danışıqlar apardım. Biz Norveç, Kanada, ABŞ, Qətərlə də müzakirələr aparırıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər