COVID-19 pandemiyası fonunda 2021-ci ildə Almaniya iqtisadiyyatında real artım 2,7% təşkil edib ki, bu da pandemiyada əvvəlki 2019-cu ildən 2 faiz bəndi azdır.
Bu, o anlama gəlir ki, Avropanın aparıcı iqtisadiyyatı hələ pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib. 2021-ci ildə ölkədə real ÜDM-in artım tempi əsasən ilin sonuncu rübündə yavaşlayıb və bu da öz növbəsində illik göstəriciyə təsir edib.
“Pantheon Macroeconomics”in iqtisadçıları güman edir ki, bu ilin I rübündə Almaniya iqtisadiyyatında artım zəif olacaq və yalnız ilin II rübündən etibarən iqtisadiyyat bərpa prosesinə daxil ola biləcək.
Xatırladaq ki, 2020-ci ildə Almaniya iqtisadiyyatı 4,6% azalıb.