-1 C
Baku
Sunday, December 15, 2024

Almaniya iqtisadiyyatı resessiyaya girib

Almaniyanın ÜDM-i 2023-cü ilin birinci rübündə əvvəlki üç aylıq dövrlə müqayisədə 0.3% azalıb. Bu barədə cümə axşamı Federal Statistika İdarəsi məlumat yayıb. Ölkənin ÜDM-i ardıcıl ikinci rübdür ki, azalır və bu, texniki tənəzzül deməkdir.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Departamentin ekspertləri yüksək inflyasiya və enerji daşıyıcılarının bahalaşması fonunda əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü qeyd edirlər. Ölkə sakinləri ərzaq, geyim və ayaqqabıya qənaət etməyə başlayıblar. Departament bildirir ki, Almaniyada inflyasiya kifayət qədər yüksək səviyyədə qalır, apreldə illik ifadədə 7.2% təşkil edib.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) öz hesabatında Aİ-nin ən böyük iqtisadiyyatının yaxın illərdə inkişafı ilə bağlı məyusedici proqnoz vermişdi. Fondun analitikləri hesab edirlər ki, bu il durğunluq müşahidə olunacaq və 2024-2026-cı illərdə ÜDM artımı cəmi 1-2% olacaq. Məlumatda bildirilir ki, alman şirkətləri enerji daşıyıcılarının bahalaşmasından əziyyət çəkir və gələcəkdə yüksək ixtisaslı mütəxəssislər çatışmazlığı və demoqrafik vəziyyət, ilk növbədə əhalinin qocalması iqtisadiyyatın inkişafına mənfi təsir göstərəcək.

Son xəbərlər
Digər xəbərlər