14 C
Baku
Thursday, April 25, 2024

Almaniya kansleri və Argentina prezidenti enerji əməkdaşlığını müzakirə ediblər

Almaniya kansleri Olaf Şolts və Argentina prezidenti Alberto Fernandes Buenos-Ayresdə keçirilən görüşdə mayeləşdirilmiş təbii qaz, litium və yaşıl hidrogen sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

“Biz qaz, litium yataqlarımız və yaşıl hidrogen istehsalımız haqqında danışdıq”- deyən Fernandes ölkəsinin etibarlı enerji təchizatçısı olmaq niyyətində olduğunu bildirib.

Kansler Almaniyanın Argentina ilə mayeləşdirilmiş təbii qaz üzrə tərəfdaşlıqda maraqlı olduğunu bildirib və diqqətini günəş enerjisi layihələrinin perspektivlərinə yönəldib.

Argentina liderinin sözlərinə görə, hələlik razılaşma əldə olunmayan vəzifələrdən biri Cənubi Amerikadan kənd təsərrüfatı məhsullarının tədarükünə maneələr yaradan Avropa ölkələrinin proteksionizmidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər