21 C
Baku
Saturday, May 4, 2024

Almaniya raket əleyhinə müdafiəsini gücləndirmək üçün 17 mlrd. avro ayıracaq

Almaniya hökuməti ölkənin raket əleyhinə müdafiəsini gücləndirmək üçün təxminən 17 milyard avro ayırmağı planlaşdırır.

Hazırda hakimiyyət çoxqatlı raketdən müdafiə qalxanının yaradılması ilə bağlı bir neçə müdafiə şirkəti ilə danışıqlar aparır.

Bu “qalxan”ın dəyəri 17 milyard avroya çata bilər.

Almaniya hökumətinin “Diehl Defense” ilə danışıqlar apardığı bildirilir. Söhbət dəyəri iki-üç milyard avro arasında olan səkkiz “IRIS-T” hava hücumundan müdafiə sisteminin alınmasından gedir.

Planlara həmçinin İsrailin “Arrow 3”, ABŞ-nin “Patriot” sistemi daxildir.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər