Almaniya artıq Rusiyadan qaz tədarükü asılılığını aradan qaldırıb.
Bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.
“Alman xalqı sevinə bilər. Çünki biz qışa tam hazırlıqlı daxil oluruq”,- deyə kansler vurğulayıb.
Şolts enerjiyə qənaət etdiklərinə görə, vətəndaşlara təşəkkür edib: “Biz birlikdə qaz istehlakını 20% azaltmağı hədəfləyirik. Qənaət etdiyimiz hər kilovat-saat enerji təhlükəsizliyimizi artırır”.