Almaniya səfiri Türkiyə XİN-ə çağırılıb

Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə diplomatik mənbələrdən bildirilib.

Səbəb olaraq Almaniya polisinin türk mətbuat mənsublarını saxlaması qeyd olunub.

XİN, “Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin alman polisi tərəfindən əsassız olaraq saxlanmasını kəskin şəkildə pisləyib.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər