6 C
Baku
Saturday, December 14, 2024

Almaniya səhiyyə naziri: “Meymunçiçəyi yeni pandemiyanın başlanğıcı deyil”

Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib ki, Avropada meymunçiçəyi epidemiyası yeni bir pandemiyanın başlanğıcı deyil.

“Bildiyimizə görə, bu virus xəstəliyinin yayılması tez-tez baş verir, onlara əlaqələri izləmə yolu ilə yaxşı nəzarət etmək olar. Beləliklə, bu, yeni bir pandemiyanın başlanğıcı deyil. Söhbət məlum patogenlə mübarizədən gedir və onunla mübarizə apara bilərik”, – deyə o, mətbuat konfransında bildirib.

Eyni zamanda, Lauterbax vurğulayıb ki, meymunçiçəyi xəstəliyinə ciddi yanaşmaq lazım deyil, çünki “bu epidemiyanın əvvəlkilərlə müqayisədə necə inkişaf edəcəyi hələ məlum deyil”. Nazir qeyd edib ki, xəstəliyin törədicisi mutasiyaya uğraya bilər. Onun sözlərinə görə, virusun başqa yollarla da keçə biləcəyi üçün xəstəliyin yalnız qorunmayan cinsi əlaqə yolu ilə keçməsi fikri düzgün deyil.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər