Almaniyanın daxili işlər naziri Nensi Faeser ölkədə yaşayan türk və suriyalıların zəlzələdən zərər çəkmiş yaxın qohumlarını Almaniyaya gətirə bilmələri üçün üçaylıq viza alacaqları barədə açıqlama verib.
Bu barədə “Bild am Sonntag” qəzetinə danışan nazir Almaniyadakı türk və suriyalı ailələr müalicə ala bilmək üçün təbii fəlakət bölgəsindəki yaxın qohumlarını asan yollarla yanlarına gətirə biləcəklər.
Vizalar üç ay etibarlı olacaq və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən tez bir zamanda veriləcək. Almaniyalı nazir açıqlayıb ki, bu addım insanlara belə vəziyyətdə köməklə bağlıdır.
Daha əvvəl Berlin əyalətinin kansleri Franziska Giffey bildirmişdi ki, əyalət hökuməti şəhərdə qohumları olan zəlzələ qurbanlarının Berlinə gəlməsi üçün giriş şərtlərini və viza tələblərini yüngülləşdirməyə razıdır.